DÜNYA
Bolqarıstanın müvəqqəti hökuməti təqdim olunub VİDEO
Sofiya, 6 avqust (AZƏRTAC). Bolqarıstan Prezidenti Rosen Plevneliev ölkə parlamentinin buraxılması barədə sərəncam imzalayıb və bunun ardınca müvəqqəti hökuməti təqdim edib.
Hökumətə beynəlxalq hüquq üzrə professor Qeorqi Bliznaşki rəhbərlik edəcək. Yeni hökumətə 5 oktyabr seçkilərinə hazırlığın aparılması və ölkədə bank böhranının nəticələrini aradan qaldırılması tapşırılıb.
Son vaxtlar Bolqarıstanda iqtisadi böhran, korrupsiyanın yüksək səviyyəsi, “Cənub axını” layihəsinin reallaşdırılması ilə bağlı bir neçə dəfə etiraz aksiyaları keçirilib. Bu hadisələr fonunda ölkənin sabiq Baş naziri Plamen Oreşarski iyulun sonunda istefa verməli olub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya