SİYASƏT
“Diplomat” jurnalı “ASAN xidmət”dən bəhs edib VİDEO
Məqalədə “ASAN xidmət” mərkəzlərinin Azərbaycan üçün əsl uğurlu layihə olduğu qeyd olunub. Bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi səmərəliliyi artırmaq və dövlət xidmətlərini əhali üçün daha da asanlaşdırmaqdır. “ASAN xidmət”in əsası 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub. Bu mərkəzlərdə vergi uçotundan tutmuş sürücülük vəsiqələrinin yenilənməsinə qədər bir çox inzibati xidmətlər göstərilir. Həmçinin xidmət mərkəzlərinə getmək imkanı olmayan vətəndaşlar üçün mobil “ASAN xidmət”lər təklif olunur.
Diqqətə çatdırılıb ki, hazırda informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında yardım məqsədilə istifadə olunmasında Azərbaycan MDB və bəzi Avropa ölkələri arasında ilk sıralardadır.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.diplomatmagazine.com/issues/2014/september-october/888-azerbaijan-s-e-government-based-one-stop-shop.html
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London