Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi VİDEO

Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi VİDEO Bərdə, 15 oktyabr, AZƏRTAC, Tahir Ağaməmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun reallaşdırdığı “Dini abidələrdə tarixin izləri” layihəsi Bərdə İmamzadəsindən başlayıb, kompleksin tarixi araşdırılıb, ilk dəfə olaraq daş kitabələr və qəbirüstü yazılar oxunub və tərcümə olunub.

Bu barədə oktyabrın 15-də Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini abidələrdə tarixin izləri - Bərdə İmamzadəsi” mövzusunda elmi-praktik konfransda məlumat verildi.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat və şəkillərə baxdılar.

Konfransın açılışında çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, tarix elmləri namizədi Vidadi İsayev Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsinə Bərdə İmamzadəsindən başlanmasına və belə yüksək səviyyəli elmi-praktik konfransın keçirilməsinə görə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Fond tərəfindən həyata keçirilən layihələr, o cümlədən “Dini abidələrdə tarixin izləri” layihəsi haqqında məlumat verdi. Bildirildi ki, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev “Bərdə Azərbaycan tarixində”, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu “Bərdə İmamzadəsi kompleksinin daş və qəbirüstü yazıları”, Bərdə şəhər Cümə məscidinin axundu hacı Ramazan Hüseynov “Bərdə İmamzadəsi-dini və mənəvi irsimizin yadigarıdır”, “Fərid-inşaat” firmasının direktoru Sübhan Həsənov “Bərdə İmamzadəsi bu gün və sabah” mövzularında məruzələr etdilər.

Məruzə və çıxışlarda Bərdənin qədim tarixi, görkəmli şəxsiyyətlərindən, abidələrindən, Bərdə İmamzadəsi kompleksinin tikilməsindən, daş və qəbirüstü yazılarından danışıldı, “Dini abidələrdə tarixin izləri” layihəsinin əhəmiyyəti yüksək qiymətləndirildi. Bildirildi ki, Azərbaycandakı dini abidələrin arasında ölkəmizin müxtəlif bölgələrindəki imamzadələr xüsusi yer tutur. Bərdə İmamzadəsində VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayıl dəfn olunub. İmamzadə abidəsi - türbəsi XII əsrdə İbrahim adlı bir tacir tərəfindən inşa edilib. Digər bir məlumata görə, İmamzadə 1322-ci ildə Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən inşa edilib. 1868-ci ildə isə İmamzadə türbəsinin 4 minarəsi şuşalı memar Kərbalayi Səfixan Qarabaği tərəfindən bərpa olunub.

İmamzadənin həyətində Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn edilib. Bunu 55-ə qədər daş və qəbirüstü yazı sübut edir. Yazıların hamısı ərəb əlifbasında, ərəb, fars, bəziləri isə Azərbaycan dilindədir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev dövlətimizin başçısının fərmanı ilə bir neçə ay əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas məqsədi və fəaliyyətindən, “Dini abidələrdə tarixin izləri” layihəsinin əhəmiyyətindən danışdı və bərdəliləri layihədə fəal iştirak etməyə çağırdı.

Konfransda mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar akademik Kamal Abdullayev tərəfindən cavablandırıldı.

Konfransdan sonra iştirakçılar Bərdə İmamzadəsi, “Torpaqqala” və “Bərdə qalası”nda aparılan bərpa işləri ilə tanış oldular.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq