DÜNYA
“Apple” korporasiyası “iPhone” smartfonundan avtomobilin idarə edilməsi texnologiyasını patentləşdirib VİDEO
“Apple” şirkəti avtomobilin bəzi funksiyalarının mobil qurğudan idarə edilməsini patentləşdirib. Bu haqda ABŞ-ın patent qurumunun saytında informasiya dərc edilib.
Patentin mətninə əsasən, texnologiya avtomobilin yeri haqqında siqnalın mobil qurğuya ötürülməsini nəzərdə tutur. Bundan sonra qurğu nəqliyyat vasitəsinədək olan məsafəni və onun yerləşməsini müəyyənləşdirir. Cihaz lazımi mövqedə yerləşdikdə avtomobilin funksiyalarına (məsələn, qapıların bloklanması və ya blokdan çıxarılması, salonun qızdırılması) giriş əldə edir.
2014-cü ilin martında “Apple” şirkətinin elan etdiyi “CarPlay” funksiyası “iPhone” smartfonunu avtomobilin multimedia sistemi ilə inteqrasiya etməyə imkan verib. Şirkətdən bildirilir ki, “Ferrari”, “Mercedes-Benz”, “Volvo” və başqa istehsalçılar yeni texnologiyanı dəstəkləyir.