MƏDƏNİYYƏT
Sloveniya Milli Radiosunda Azərbaycana həsr olunmuş veriliş yayımlanıb VİDEO
Sloveniya Milli İctimai Radiosunda (Radio SLO 1) Azərbaycan mədəniyyətinə həsr olunmuş geniş veriliş yayımlanıb. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisindən verilən məlumata görə “Dünyanı mənimlə gəz” adlı proqram çərçivəsində hazırlanmış bir saatlıq verilişdə Azərbaycan haqqında dolğun məlumat verilib, bu məlumatlar və mövzunu əks etdirən fotoşəkillər radionun saytında yerləşdirilib. Azərbaycanın Sloveniyada müvəqqəti işlər vəkili Azər Xudiyevin qonaq qismində qatıldığı verilişdə, həmçinin ölkəmizin günbəgün artan iqtisadi və siyasi gücü və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı söhbət açılıb.
Veriliş boyunca isə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana