Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ermənistan əsir və girovları, müharibə qurbanlarını özünün çirkin təbliğat siyasətinin alətinə çevirir VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC

2010-cu il yanvarın 10-da Ermənistan Respublikasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviç (1958-ci il martın 30-da Yerevan şəhərində anadan olub. Yerevan şəhəri, Gentron rayonu Xorenatsi küçəsi ev 25, mənzil 62 ünvanda yaşayıb. Ailəlidir, 2 oğlu, 1 qızı var) və onun ailə üzvləri - həyat yoldaşı Mardanyan Ruzanna  Genoyevna (1982-ci il avqustun 26-da Yerevan şəhərində anadan olub, ortatəhsillidir), oğlu Gevorkyan Alfred Yeqişeviç (2002-ci il iyunun 17-də Yerevan şəhərində anadan olub), qızı Gevorkyan Qayane Yeqişevna (2003-cü il avqustun 9-da Yerevanda anadan olub), oğlu Mardanyan Petros Yeqişeviç (2006-cı il aprelin 25-də Yerevanda anadan olub. Atasının vəsiqəsi girovda olduğu üçün kiçik oğluna doğum evində anasının soyadı verilib) həmin vaxtdan azad olunduğu 2014-cü il dekabrın 12-dək Müdafiə Nazirliyinin nəzarətində saxlanılıblar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ailənin başçısı Y.Gevorkyan Azərbaycan Respublikasının ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün “ЕрAЗ-762” markalı maşınla sərhədi Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçib. Sərhədi keçən Y.Gevorkyan və onun ailə üzvləri Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquq normalarına uyğun qəbul edilib, gündə üç dəfə yeməklə, mətbəx, sanitar qovşağı, hamam-duş otağı, mebel, televizor, kondisioner və digər zəruri məişət avadanlığı ilə təmin olunmuş üçotaqlı yaşayış yeri ilə, tibbi xidmət və geyimlə təmin ediliblər.

Ermənistan mətbuatında yayılmış məlumata əsasən, ailənin başçısı Yeqişe Gevorkyan adam öldürməkdə iştirak, soyğunçuluq, oğurluq və digər cinayət əməllərinə görə, Ermənistanda bir neçə dəfə həbsdə olub (Y.Gevorkyan Ermənistanda 20 il həbs cəzasına məhkum edilmişdi) və hazırda da barəsində cinayət işi mövcuddur. Cinayətkar keçmişinə görə Ermənistana qayıtmaqdan imtina etmiş Y.Gevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 2010-cu il yanvarın 10-da üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlayıblar.

Həmin müraciət müvafiq rəyin alınması üçün əvvəlcə aidiyyəti dövlət qurumlarına ünvanlanıb, sonradan isə prosedura uyğun olaraq ailə başçılarının ərizələri onların üçüncü ölkəyə göndərilməsi üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə təqdim edilib. Bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanıb. Lakin Y.Gevorkyanın kriminal keçmişini əsas gətirərək Rusiya da daxil olmaqla 8-dən çox dövlət 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, onu və ailə üzvlərini qəbul etməyib.

Nəhayət ki, heç bir ölkə tərəfindən qəbul edilməyəcəyini anlayan Gevorkyan və onun ailəsi cari ilin noyabrında Ermənistana qayıtmaq istəyi ilə bağlı yenidən yazılı müraciət edib və bu məsələ müsbət həll olunub.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilib. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq edib, onların saxlanma şəraiti ilə bağlı irad bildirməyib. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb. Bu barədə BQXK daim Dövlət Komissiyasını məlumatlandırıb.

Bütün bunlara baxmayaraq, Yeqişe Gevorkyan bir çox hallarda özünü emosional apararaq müxtəlif tələblər irəli sürüb, beynəlxalq təşkilatların ailəyə baş çəkən nümayəndələrinə “iradlar” bildirib, hətta intihar edəcəyi, ailə üzvlərinə fiziki xətər yetirəcəyi və aclıq elan edəcəkləri ilə bağlı dəfələrlə onları şantaj edib, hədələyib, təhqir etməkdən belə çəkinməyib. Bu hərəkətləri ilə o, müvafiq beynəlxalq qurumlara təsir edərək tezliklə üçüncü ölkəyə göndərilmələrinə nail olmağa cəhd göstərib.

Gevorkyanların Azərbaycanda saxlandıqları müddət ərzində Ermənistan Respublikası öz vətəndaşlarının geri qaytarılması üçün beynəlxalq təşkilatlar qarşısında bir dəfə də olsun məsələ qaldırmayıb, eyni zamanda, azyaşlı uşaqların taleyi ilə də maraqlanmayıb. Hətta 2010-cu ilin noyabrında Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində keçirilmiş humanitar prosesdə iştirak edən Ermənistan nümayəndələri rəsmi şəkildə Y.Gevorkyanın kriminal ünsür olduğunu, buna görə də bu ailənin onlara gərək olmadığını bildiriblər. Bu faktı Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbəri A.Kaprielyanın 2013-cü il avqustun 26-da Новости Армении - NEWS.am (http://news.am/rus/news/168368.html)  saytına verdiyi müsahibə də təsdiqləyir. Həmin müsahibədə A.Kaprielyan bildirmişdi: “Ermənistan tərəfi Y.Gevorkyana girov və ya əsir kimi deyil, sırf cinayətdən qaçmış şəxs kimi baxır. Mən qəti əminəm ki, Y.Gevorkyan bir gün törətdiyi cinayət əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab verəcək”.

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasına hörmətlə yanaşaraq, gevorqyanların aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında onları 2014-cü il dekabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Gevorkyanlar azad edilmə prosesi zamanı (təmas xəttində) da özlərini qeyri-adekvat apararaq Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saxlanma yerini tərk edərkən onlara verilmiş isti paltarlardan da nümayişkaranə şəkildə imtina ediblər. Təbii ki, bu hərəkət erməni nankorluğunun bariz nümunəsidir, eyni zamanda, Y.Gevorkyan və ailə üzvləri bu addımı düşünülmüş şəkildə ataraq aid olduqları ölkənin onları qəbul edəcək rəsmilərinə yarınmaq məqsədi də güdüblər.

Bu fikir özünü onunla da təsdiqləyir ki, Y.Gevorkyan ayağını qarşı tərəfə qoyan kimi erməni xislətinə uyğun olaraq, guya Azərbaycanda dəhlizdə yerləşdirildiklərini onlarla hər kəsin istədiyi kimi davrandığını, qul kimi saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını, döyüldüklərini, hətta “tok”a verildiklərini bildirib. R.Mardanyan isə daha da uzağa gedərək məcburi şəkildə abort edildiyini söyləyib, guya bu barədə yazılı razılığın alınması üçün onu ərinin öldürüləcəyi ilə təhdid ediblər. Lakin erməni jurnalistlər nədənsə R.Mardanyandan açıq dəhlizdə özü də iki dəfə necə hamilə qaldığını soruşmayıblar.

Halbuki Y.Gevorkyan və R.Mardanyan ölkəmizə keçdikdən sonra Azərbaycanda fəaliyyət göstərən KİV-lərə verdikləri ifadələrdə Ermənistandakı dözülməz həyat tərzindən yorulduqlarını, hakimiyyətin qeyri-qanuni olduğunu, S.Sarkisyan başda olmaqla Qarabağ klanının erməniləri bezdirdiyini, onların elementar, o cümlədən seçki hüquqlarının pozulduğunu, uşaqları üçün gələcək görmədiklərini, iş yeri belə tapa bilmədiklərini, aclıq və səfalət içində yaşayan əhalinin Ermənistandan qaçdığını, orada yaşamağın mümkün olmadığını və digər fikirlər səsləndiriblər. Eyni fikirləri bu ailə Ermənistana repatriasiyadan əvvəl verdiyi videoifadədə də səsləndirib, hətta Ermənistanda əsir kimi yaşadıqlarını bildirib.

Məlumdur ki, verdikləri ifadələrin tam şəkildə bir-birinə zidd olması gevorkyanların öz xislətindən irəli gəlsə də, bu məsələdə Ermənistanın aidiyyəti qurumlarının xüsusi təsiri də ciddi rol oynayıb.

Bununla yanaşı, maraqlı olan məqam ondan ibarətdir ki, geri qaytarıldığı gün ailəni müayinə etmiş erməni həkim Qaqik Manukyan onların tam sağlam olduqlarını, heç bir virus daşıyıcısı olmadıqlarını bildirib.

Beləliklə, gevorkyanların öz ölkələrində verdikləri ifadələrin, o cümlədən guya beynəlxalq təşkilatların nümayəndələrinin onların yanına buraxılmamaları, üçüncü ölkəyə göndərilmələrinə Azərbaycanın mane olması, soyadlarını dəyişərək Azərbaycanda qalmalarının təklif edilməsi və bu kimi digər iddiaların heç bir əsası yoxdur və bunlar riyakarlıqla yanaşı, özünümüdafiə və özünüsığortaya hesablanıb.

Əvvəla, qeyd etmək lazımdır ki, üçüncü ölkəyə göndərmək səlahiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına məxsusdur. Əgər bu qurum gevorkyanları göndərmək üçün müvafiq ölkə tapa bilməyibsə, problem yalnız Y.Gevorkyanın kriminal keçmişindədir. Bunu onun özü də, aid olduğu ölkə də yaxşı bilir.

Soyadlarını dəyişdirərək Azərbaycanda qalmaları barədə təkliflə bağlı iddianın da heç bir əsası yoxdur. Ona görə ki, birincisi, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasına görə bu, qadağandır. İkincisi isə öz ölkəsinə və hər hansı digər üçüncü ölkəyə gərək olmayan bir insanın Azərbaycanda saxlanması heç bir məntiqə sığmır.

Az-çox diqqəti və ədaləti olan insanlar gevorkyanların Azərbaycana gələrkən çəkilmiş fotoşəkilləri ilə geri qayıdarkən çəkilmiş fotoşəkillərini obyektiv müqayisə etsələr, onların hansı şəraitdə saxlanmaları barədə düzgün nəticə çıxara bilərlər.

Əlbəttə ki, Ermənistan bu hərəkətləri ilə beynəlxalq humanitar hüquq normalarını pozmaqla yanaşı, qeyri-insani və qeyri-əxlaqi  davranış nümayiş etdirir, əsir-girovları və ümumiyyətlə müharibə qurbanlarını özünün çirkin təbliğat siyasətinin alətinə çevirir.

 

Ermənistan əsir və girovları, müharibə qurbanlarını özünün çirkin təbliğat siyasətinin alətinə çevirir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən REPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb