Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərbaycan Hava Yolları” MDB dövlətləri arasında ilk dəfə “Boeing-787-8” Dreamliner təyyarəsinə sahib olub VİDEO

Bakı, 24 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) aviaparkını “Arzular layneri” adlanan ən müasir “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsi ilə gücləndirib. Prezident İlham ƏIiyevin dəstəyi nəticəsində yüksəliş dövrünü yaşayan “Azərbaycan Hava Yolları” bununla da MDB dövlətləri və bir sıra Şərq ölkələri arasında bu cür ən müasir hava gəmisi alan ilk aviaşirkət olub.

AZƏRTAC xəbər verir ki, dekabrın 24-də “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing” Korporasiyasının Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrott “Azərbaycan Hava Yolları” QSC ilə “Boeing” Korporasiyası arasında “Boeing-787-8” Dreamliner təyyarəsinin qəbuluna dair protokol və “Azərbaycan Hava Yolları” ilə “Boeing” arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə müqavilə imzaladılar.

Daha sonra “Silk Way Group”un prezidenti Zaur Axundov ilə “Boeing”in satış müdiri Serdar Gürz arasında “Silk Way Cargo” yük aviaşirkəti tərəfindən 2015-2016-cı illərdə 3 yeni, müasir “Boeing 747-8” təyyarələrinin alınması haqqında müqavilə imzalandı.

“Azərbaycan Hava Yolları” QSC-nin MDB-də ilk dəfə olaraq “Boeing-787-8” Dreamliner tipli ən müasir təyyarəni almasından məmnun olduqlarını bildirən “Boeing”in Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrott qeyd etdi ki, ən son texniki nailiyyətləri özündə birləşdirən “Arzular layneri” daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait vardır. “Azərbaycan Hava Yolları” ilə əməkdaşlığı genişləndirmək “Boeing” Korporasiyası üçün də çox xoşdur.

M.Bentrott, eyni zamanda, digər müqaviləyə əsasən “Boeing 747-8” təyyarələrinin alınmasının Azərbaycanın hava nəqliyyatı ilə yük daşınmasına mühüm təsir göstərəcəyini də diqqətə çatdırdı.

Həmin gün “Azərbaycan Hava Yolları” QSC-nin “Boeing” Korporasiyasından sifariş etdiyi ən müasir “Boeing-787-8” Dreamliner təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə endi. Müasir təyyarə aviasiya ənənəsinə əsasən, rəmzi olaraq yuyuldu.

Təyyarənin uçuş heyətini “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “Boeing” Korporasiyasının nümayəndələri və media işçiləri qarşıladılar. “Ordubad” adlandırılan reaktiv tipli “Boeing-787-8” Dreamliner təyyarəsi ən müasir texnologiyalarla təchiz olunub. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Dreamlinerin çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir. “Azərbaycan Hava Yolları” üçün sifariş edilmiş geniş gövdəli “Boeing-787-8” Dreamliner təyyarəsi 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu təyyarə birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. “Arzular layneri”nin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Dreamliner təyyarəsində bir çox elmi nailiyyətlər tətbiq edilib. Beynəlxalq aviasiya təşkilatlarının xüsusi tələbləri nəzərə alınmaqla, “Azərbaycan Hava Yolları” artıq həm uçuş, həm də yerüstü xidmət heyətinin hazırlığına da başlayıb.

“Bu möhtəşəm layihənin həyata keçirilməsi ölkə rəhbərliyinin birbaşa göstərişləri və səyləri nəticəsində mümkün olub. Biz bu gün MDB dövlətləri arasında ilk dəfə olaraq dünyanın ən rahat, ən müasir təyyarəsini aviaşirkətimizin parkına qəbul edirik”, - deyən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Arif Məmmədov bildirdi ki, yaxın günlərdə bu tipli ikinci təyyarə də Bakıya gətiriləcək. Pilotlarımız xarici təlimatçılarla birgə sınaq-təlim uçuşlarını Azərbaycan aeroportlarında davam etdirəcəklər. Təyyarənin istismarı ilə bağlı təlimatların bütün tələblərini iki ay ərzində bitirməyi planlaşdırırıq. Bundan sonra “Boeing-787-8” Dreamliner təyyarələri sərnişinlərimizə xidmət göstərməyə başlayacaq. İlk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar həyata keçiriləcək. 2015-ci ilin yay mövsümündən etibarən isə bu hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir. “Bildiyiniz kimi, ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə” statusu verilib. Bu, çox fərəhli haldır. Eyni zamanda, biz bu statusu qoruyub saxlamağın məsuliyyətini anlayırıq və bütün beynəlxalq təşkilatların tələblərini yerinə yetirəndən sonra təyyarə sərnişinlərin ixtiyarına veriləcək”, - deyə A.Məmmədov vurğuladı.

“Silk Way Group”un vitse-prezidenti Eldar Hacıyev jurnalistlərə müsahibəsində “Boeing-787-8” Dreamlinerin məhz dekabrın 24-də Azərbaycana gətirilməsinin 2014-cü ildə əldə edilən nailiyyətlərin möhtəşəm yekunu olduğunu vurğuladı. “Cari ilin aprelində tikintisi başa çatmış və hazırda fəaliyyət göstərən yeni aerovağzal kompleksi artıq tam həcmdə beynəlxalq uçuşları qəbul edir. İl ərzində keçirilən iki beynəlxalq auditin nəticəsi olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu dekabrın 22-də 4 ulduz dərəcəsinə layiq görülüb. Bununla aeroportumuz dünyanın 18 ən yüksək reytinqli hava limanları siyahısına daxil olub. Həmçinin bu yaxınlarda Bakıdan Nyu-Yorka birbaşa aviareysin açılmasını da xüsusi qeyd etmək istəyirəm. Bu, regionda yerləşən ölkələrin sərnişinlərinə uzaq Amerika qitəsinə səfər etmək imkanı yaradır. “Azərbaycan Hava Yolları”nın və ümumilikdə Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir”, - deyə E.Hacıyev əlavə etdi.

Qeyd edək ki, “Boeing-787-8” Dreamliner tipli təyyarələri Mərkəzi Asiyada ilk dəfə məhz 2007-ci ildə “Azərbaycan Hava Yolları” sifariş edib. Dreamliner layihəsinin işlənib hazırlanması proqramı 2004-cü ildən həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq