DÜNYA
"Curiosity" Mars aparatı “selfi” fotosunu Yerə göndərib VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Milli Kosmik Agentliyi - NASA-nın Marsda tədqiqatlar aparan "Curiosity" aparatı özünün “selfi” fotosunu Yerə göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bu şəkildə aparatın “Mojave” adlanan ərazidə qazma işləri apardığı görünür. Aparat “selfi”ni elə çəkir ki, sanki onu kənardan fotoqraf çəkib. Bu effektə aparat özünü hissələrlə fotoya alaraq sonradan birləşdirməklə nail olur.
Bu “selfi” foto aparatın 2015-ci ilin yanvarında çəkdiyi şəkillərdən hazırlanıb.