Ali qonağın şərəfinə VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan Prezidentinin xanımı Mehmuda Məmnun ziyafətdə iştirak ediblər.