DÜNYA
İstanbulda polis idarəsinə silahlı basqın edilib VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də axşam saatlarında İstanbul polis idarəsinin Vətən küçəsindəki binasına silahlı basqın edilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, biri qadın olmaqla iki nəfər binanın əsas giriş qapısındakı mühafizəçilərə atəş açıb. Mühafizəçilər atəşə atəşlə cavab veriblər. Atışma nəticəsində qadın terrorçu öldürülüb. Onun üzərində partlayıcı və odlu silah aşkarlanıb. Digər terrorçu isə hadisə yerindən qaça bilib. Bir polis əməkdaşı yüngül xəsarət alıb.
Bir müddət sonra polis qaçan kişi terrorçunu da yaxalayıb. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırmalar aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]