Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin final şousu başlayıb VİDEO
Vyana, 24 may AZƏRTAC
Mayın 23-də Bakı vaxtı ilə saat 00:00-da “Vienner Şdathal” arenada 60-cı “Eurovision” mahnı müsabiqəsinin final şousu başlayıb. Final konserti Avropanın 45-ə yaxın ölkəsində canlı yayımlanır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ənənəyə uyğun olaraq “Eurovision-2015” şousunun aparıcıları Arabella Kiesbauers və müsabiqənin ötənilki qalibi Konçita Vürst bu mötəbər layihənin tamaşaçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıblar.
Açılış performansından sonra səhnəyə ilk olaraq 60-cı “Eurovision” mahnı müsabiqəsinin final şousunda adı birinci olan Sloveniya təmsilçisi Maraya çıxıb. Daha sonra Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya, İtaliya təmsilçiləri performanslarını təqdim edəcəklər.
Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş olunacaq. Sonra səsvermənin nəticələri elan ediləcək.
“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcək.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana