REGİONLAR
Siyəzəndə keçirilən əmək yarmarkasında işaxtaranlara 120-yə yaxın boş iş yeri təklif olunub VİDEO
Siyəzən, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Siyəzən şəhərində işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı 120-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran şəxslərə təklif olunub. Təklif edilən işlərə görə əməkhaqqı 130 manatdan 500 manatadək məbləğdə müəyyənləşdirilib.
Siyəzən Mədəniyyət Mərkəzində təşkil olunan əmək yarmarkasına gün ərzində ümumilikdə, 200 nəfərə yaxın işsiz və işaxtaran müraciət edib.
Siyəzən məşğulluq mərkəzinin direktoru Vahid Eyvazov AZƏRTAC-a müsahibəsində bildirib ki, yarmarkada sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim edilib. Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb.