REGİONLAR
Azərbaycan mətbuatı milli mənəvi dəyərlərimizin qorunması və təbliğində müstəsna rol oynayır VİDEO
Qusar, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusarda milli mətbuatımızın 140 illiyi münasibətilə “Azərbaycan mətbuatı və milli mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar və rayonun rəhbər işçiləri iştirak ediblər.
Tədbirdə “Qusar” qəzetinin baş redaktoru Vidadi Sevzixanov, gənclər və idman idarəsinin baş məsləhətçisi Sevil Dəmirova, rayon təhsil şöbəsinin nümayəndəsi Yüzbəy Abıyev çıxış edərək, zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola qısa nəzər salıblar. Bildirilib ki, Azərbaycan mətbuatı milli mənəvi dəyərlərimizin qorunması və təbliğində müstəsna rol oynayır.
Çıxışlarda Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, mətbuat işçilərinə qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media sahəsində çalışanların əməyi qiymətləndirilir, onların sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu sahəyə dövlət qayğısının bariz nümunəsidir.