Britaniyada təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub VİDEO
London, 1 avqust, AZƏRTAC
Səudiyyə Ərəbisatanında qeydiyyatda olan və İtaliyadan Britaniyaya səyahət edən şəxsi təyyarə ölkənin “Blackbushe” hava limanına eniş edərkən qəzaya uğrayıb.
Hadisə nəticəsində 4 nəfər-pilot və 3 sərnişin dünaysını dəyişib.
Təyyarə qəzası maşın bazarına yaxın bölgədə baş verib. Ətrafdakı insanlardan xəsarət alan olmayıb. Hadisə ilə bağlı Britaniyada və Səudiyyə Ərəbistanında araşdırmalar aparılır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London