CƏMİYYƏT
4 saylı Bakı “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Dörd saylı Bakı “ASAN xidmət” mərkəzi profilaktik tədbirlərlə əlaqədar avqustun 8-9-da xidmət göstərməyəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar qeyd olunan tarixlərdə hazır sənədlərlə bağlı əvvəlki qaydada mərkəzə müraciət edə biləcəklər. Sənəd qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlər də fəaliyyətini davam etdirir.
“ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.