ATƏT nümayəndələri təmas xəttində monitorinq keçirəcəklər VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 4-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kaspşik, səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov nəzarət edəcəklər.