İspaniyanın milli bayramı münasibətilə Madriddə hərbi parad keçirilib VİDEO
Madrid, 12 sentyabr, AZƏRTAC
Oktyabrın 12-də İspaniyanın milli bayramı münasibətilə bu ölkənin paytaxtında müxtəlif qoşun növlərini təmsil edən 3500 hərbçinin və aviasiyanın iştirakı ilə parad keçirilib. Paradda İspaniyanın Kral VI Felipe də iştirak edib.
Bask və Kataloniya vilayətlərinin rəhbərləri paradda olmasalar da, demək olar ki, digər bütün vilayətlərin rəhbərləri və hökumət tam tərkibdə bu rəsmi tədbirdə iştirak edib. Ümumilikdə 100 minə yaxın insanın izlədiyi parad “Hamının günü” şüarı altında keçirilib.
Paraddan sonra İspaniya Kralının sarayında təqribən 2000 qonağın iştirakı ilə ənənəvi ziyafət təşkil olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid