REGİONLAR


“Yaşıl dağ” aksiyası maraqla qarşılanır

Sabirabad, 6 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 6-da Sabirabad rayonunda IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” mərkəzində keçirilən aksiyada Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan rayonlarının icra nümayəndələri və sakinlər iştirak edib. Layihə çərçivəsində 70 tondan çox kağız tullantısının toplanması nəzərdə tutulub. Aksiyanın keçirilməsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Sonda kağız tullantılarının toplanmasında fəallıq göstərən rayonların nümayəndələri diplomla təltif olunub.

Xatırladaq ki, layihə ilk gündən dövlət qurumları, özəl sektor və vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb. Aksiya çərçivəsində may ayından indiyədək ümumilikdə 150 tondan çox kağız tullantısı toplanaraq təkrar emala verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.