ELM VƏ TƏHSİL
8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ
Martın 6-da Qafqaz Universitetində 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç Azərbaycan xalqının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və inkişafında qadınların mühüm xidmətlərindən danışmış, əlamətdar gün münasibətilə xoş arzularını bildirmişdir.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, təhsil nazirinin müavini İradə Hüseynova və digər natiqlər də müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin qadınların, gənclərin inkişafına və təhsilinə daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin həmişəyaşar ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar.
Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf yollarından bəhs edən natiqlər bayram münasibətilə tələbə qızları təbrik etmiş, onlara xoşbəxtlik, səadət, təhsildə yeni nailiyyətlər arzulamışlar.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.