Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr - əbədi yaşayacaq tarix

8 Noyabr - əbədi yaşayacaq tarix

Bakı, 8 noyabr, AZƏRTAC

Şuşa şəhərinin düşmən işğalından azad edildiyi gündən dörd il keçir. İllər ötsə, nəsillər dəyişsə də Şuşa zəfəri haqqında daha çox yazılacaq. Çünki insanlar şahidi olduqları, gözləri ilə gördükləri böyük tarixi əhəmiyyətli hadisə və proseslərin miqyasını və əhəmiyyətini bəzən bütün dərinliyi ilə zamanında dərk edə bilmirlər. Hər il 8 Noyabr – Zəfər Günü qeyd edildikcə onun əhəmiyyəti, xalqın həyatındakı yeri daha çox qiymətləndiriləcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, 1992-ci ilin may ayında təcavüzkar Ermənistan tərəfindən Şuşa şəhəri işğal edildikdən sonra uzun illər boyu Azərbaycan xalqı belə bir həsrət və ümidlə yaşayırdı: Şuşa təcavüzkar Ermənistanın işğalından nə zaman və necə azad ediləcək? Bu, mümkün olacaqmı? İllər ötdükcə insanlarda ümidlər azalırdı.

Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyev qərar verdi. 2020-ci il sentyabrın 27-dən başlayan və xalqın toy-bayrama gedən kimi qoşulduğu Vətən müharibəsinin noyabrın 8-də başa çatan mərhələsinin yekunu bu həsrətə son qoydu. Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus yeri olan Şuşa şəhəri düşmən işğalından xilas edildi.

Musa Qasımlı Vətən müharibəsi günlərində Azərbaycan xalqının hər axşam televiziya ekranları qarşısında oturub Prezident İlham Əliyevin növbəti qələbə xəbəri dolu müraciətini eşitmək istəyini, Şuşanın azad edilməsi müjdəsinin verilməsini gözlədiyini vurğulayıb: “Nəhayət, həmin an gəldi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldular. Əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsinə ehtiram bildirdilər, abidənin önünə əklil qoydular.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gələrək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarlarına çiçək dəstələri düzdülər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək xalqın uzun illər boyu həsrətində olduğu şad xəbəri verdi. Qələbə Azərbaycan hərbçisinin qanı və canı bahasına qazanılmışdı.

Dövlətimizin başçısının qələbə xəbəri xalqı sevinc göz yaşları selinə qərq etdi. İnsanlar əllərində bayraq küçələrə axışdılar. Bir-birini tanıyan da, tanımayan da təbrik edirdi. Xalq sanki xoşbəxtlik dənizində üzürdü.

Qələbədə iqtisadi güc, ordunun gücü, hərbi sənaye, milli birlik, siyasi iradə, Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər bütün şəhər, rayon, qəsəbə və kəndlərdən vətəndaşların tək bayraq altında tək millət kimi birləşərək tək dövlət, tək vətən uğrunda azadlıq müharibəsinə çiyin-çiyinə getmələri, düşünülmüş xarici siyasət, Azərbaycan oğullarının qəhrəmanlığı, Prezident, Ali Baş komandan İlham Əliyevin şəxsiyyəti amili, qəti iradəsi, prinsipial mövqeyi, mahir diplomatiyası, üstün zəkası və sərkərdəlik məharəti, xalqın dövlət rəhbərinə böyük inam və etimadı başlıca rol oynamışdı”.

Şuşa şəhərinin azad edilməsinin böyük tarixi əhəmiyyəti olduğunu söyləyən Musa Qasımlı şəhərin Azərbaycan xalqı üçün təkcə ərazi, torpaq məsələsi deyil, xüsusi məna daşıdığını vurğulayıb: “Hər şeydən əvvəl, Azərbaycan mədəniyyətinin beşiklərindən biri, dünyaya görkəmli mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərinin azad edilməsinin milli-mənəvi əhəmiyyəti var idi.

Şuşanın işğaldan qurtarılmasının strateji və siyasi əhəmiyyəti var idi. Mühüm strateji mövqedə yerləşən Şuşa şəhəri Qarabağın açarı və tacıdır. Şuşa kimdədirsə, Qarabağ da ondadır. Şuşanın azad edilməsi ilə işğalçı ölkə Azərbaycan qarşısında diz çökdü və üçtərəfli Bəyanatı imzaladı.

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etdikdən müvəqqəti dayanması gələcək qələbələrə hazırlıq idi.

1992-ci ildə Şuşanın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, 2020-ci ildə isə şanlı Azərbaycan Ordusu tərəfindən azad olunması bir sıra ibrət dərsləri verir. Şuşa şəhəri ölkəmizdə xaos, anarxiya, dövlət hakimiyyətinin qanadları arasında intriqalar, dövlət rəhbərləri isə zəif olan zaman işğal edilmişdi.

Şuşa şəhəri ölkəmizdə sabitlik, ciddi qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri olanda, xalq tək bayraq altında birləşəndə işğaldan xilas edildi. Deməli, Azərbaycan xalqının bundan sonrakı bütün inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində məhz bu amillər dayanır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO