Səfər başa çatdı VİDEO
Tbilisi, 6 noyabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri noyabrın 6-da başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tbilisinin Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və digər yüksək vəzifəli şəxslər yola saldılar.