RƏSMİ XRONİKA
Səfər başa çatdı VİDEO
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatdı.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və hökumətin üzvləri yola saldılar.