RƏSMİ XRONİKA
Səfər başa çatdı VİDEO
Pekin, 11 dekabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb.
Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola saldılar.