Mingəçevir-Bəhramtəpə yolunun yenidən qurulması işlərinə başlanılıb
Bakı, 5 mart, AZƏRTAC
Cari ilin yanvar ayından Mingəçevir-Bəhramtəpə yolunun yenidən qurulması işlərinə başlanılıb.
Tikinti işlərini həyata keçirən “AzVirt” MMC-dən AZƏRTAC-a bildirilib ki, 2 hərəkət zolaqlı yolun hərəkət zolağının eni 3,75 metr, ümumi uzunluğu isə 16,5 kilometr olacaq.
Burada ümumilikdə (qazma və tökmə torpaq) 307 min kubmetr həcmdə torpaq işləri görüləcək. Yol boyu isə 1 ədəd körpünün inşası nəzərdə tutulub.
Tikinti işlərinin 2017-ci ilin iyul ayında başa çatdırılması planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [17:26]