DÜNYA
Pakistanda partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb [YENİLƏNİB] VİDEO
Pakistanın şərqində yerləşən Lahor şəhərində uşaq parkında baş verən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə, yaralıların sayı isə 300 nəfərə çatıb.
Baş nazir Nəvaz Şərif ölkədə üçgünlük matəm elan edib.
20:48
Pakistanın şərqində yerləşən Lahor şəhərində uşaq parkında baş verən partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
19:54
İslamabad, 27 mart, AZƏRTAC
Pakistanın şərqində yerləşən Lahor şəhərində parkda baş verən partlayış nəticəsində azı 38 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Ölənlərin və yaralananların əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.
Partlayışa görə məsuliyyəti heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.
Xatırladaq ki, Pakistan ordusu Əfqanıstanla sərhəd rayonlarında antiterror əməliyyatlarına 2014-cü ildə “Taliban” hərəkatı üzvlərinin Kəraçi aeroportuna hücumundan sonra başlayıb. Həmin ilin yayından ölkə ordusu “Əl-Qaidə”, “Təhrik-e Taliban Pakistan”, “Şərqi Türküstanın İslam Hərəkatı”, “Özbəkistan İslam Hərəkatı” kimi terror qruplaşmalarına qarşı “Zurab-e Azb” adlandırılan əməliyyatlar keçirilir.
Bu əməliyyatlarda Pakistanın 30 min hərbçisi iştirak edir və indiyədək 3 minə yaxın terrorçu məhv edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad