Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclik və gözəllik şairi VİDEO

Bakı, 12 aprel, Z.Mansurova, A. İsmayilova, AZƏRTAC

Ədəbiyyat salnaməmizdə elə istedad sahibləri vardır ki, onların qoyub getdikləri mənəvi irs heç zaman köhnəlmir, əksinə əsirlər ötdükcə müəllifini daha da şöhrətləndirir. Şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəyli də məhz belə istedad sahiblərindəndir. O deyirdi ki, yaşamaq istəyirəm o qədər ki insanlara lazımam. Yaşadı, amma insanlara lazım olan qədər yaşaya bilmədi Ənvər Əlibəyli. Ömrünün ən kamilləşən, müdrikləşən bir məqamında dünyaya əlvida dedi. Yarım əsri yenicə arxada qoymuşdu. Ömrünün 52-ci baharında doğmalarına, yaxınlarına, onu sevən yüzlərlə oxucusuna və uzun illər çalışdığı AzTV-də reallaşdıracağı neçə-neçə arzuya-istəyə əlvida dedi. Lakin o, bu gün də yazdığı şeirlərdə, bu şeirlərə bəstələnmiş nəğmələrdə, jurnalistikanın sirlərini öyrətdiyi neçə-neçə qələm adamının yaddaşında özünə əbədiyaşarlıq qazanıb. Ömrünü xalqına təmənnasız xidmətə həsr edən unudulmaz şairimiz Ənvər Əlibəyli bu gün də dərin ehtiramla yad edilir. Aprelin 12-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) təşkil edilən tanınmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş “Gənclik və gözəllik şairi” adlı tədbir də məhz ona, onun sənətinə olan tükənməz sevginin göstəricisi idi.

AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Bakı Slavyan Universitetinin dosenti Fərrux Məmmədov böyük şair, tanınmış ziyalı Ə.Əlibəylinin həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, qısa, ancaq mənalı ömür yaşayan şair Ənvər Əlibəyli Vətən torpağının füsunkar gözəlliklərindən vəcdə gəlib qələmə könül vermişdi. Onun musiqiyə yatan həlim, həzin şerlərinə Qara Qarayev, Rauf Hacıyev, Cahangir Cahangirov, İbrahim Topçubaşov, Səid Rüstəmov, Hökümə Nəcəfova və başqa sənətkarların şux, yaddaqalan mahnılar bəstələməsi heç də təsadüfi deyildi. Onun sözlərinə yazılmış “Azərbaycan”, “Sevgilim”, “Gəlmədin”, “İlk məhəbbətim”, “Gəl-gəl”, “Xəzərim”, “Qəşəng qızlar”, “Narınc”, “Hamıdan göyçək”, “Söz olmasaydı” və s. mahnılar musiqi xəzinəmizim parlaq səhifələrini və müğənnilərimizin repertuarını bəzəyir.

Tədbirdə çıxış edən Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə bildirib ki, parlaq və yaradıcı şəxsiyyət olan şairin bir çox əsərlərində folklorumuzun, xalq yaradıcılığımızın ruhu, nəfəsi duyulur. O, bu mənbədən kövrək və xəfif duyğularını dolğun ifadə etmək üçün yaradıcı şəkildə faydalanıb. Onun şair təxəyyülü, fikri poetik cəhətdən çox gözəl mənalandırıb.

Vurğulanıb ki, Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. “Samur dastanı“ poeması Samur çayının suyunu çəkib susuz çöllərimizə çatdıran inşaatçıların əməyindən bəhs edir. Əsərdə lirizm ilə epos maraqlı şəkildə bir-birinə qovuşur. “Bacı“, “Gözlər, ürəklər, əməllər“ poemaları 1941-1945-ci illərin qanlı-qadalı hadisələrindən, “Dalğalar arasında“ poeması dəniz neftçilərinin şücaətindən, “Polad“, “Dostluq körpüsü”ndə isə yaxın keçmişdə baş verənlərdən danışılır.

Bildirilib ki, şairin təkcə “Azərbaycan” və “Qaranquş” şeirləri onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edərdi. Onun “Azərbaycan“ şeirinə bəstəkar Rauf Hacıyevin bəstələdiyi mahnı isə dillər əzbəri olub. Mahnını görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun ifasında dinlərkən xəyal insanı öz dünyasından qoparır. Fikrində yurdun təbiət mənzərələri: yaşıl yamacları, sıx ormanları, barlı-bərəkətli çölləri canlanır.

Vurğulanıb ki, Ənvər Əlibəyli yaradıcılığında Vətən torpağının daim tərənnüm edildiyi aydın görünür və duyulur. O, bu şeirləri ilə insan qəlbinin zənginliklərinə varır. İncə duyğuları, zərif hissləri dərindən mənalandırır və gözəl poetik parçalara çevirməyi bacarır. Beləliklə, əsil ürək, qəlb şairinə çevrilir. Bu səbəbdən də sözlərinə yazılmış mahnıların çoxu ürəkləri fəth edir, indi də incəsənət ustalarının repertuarını bəzəyir. Şairin “Qaranquş”, “Sənin adınla”, “İlk məhəbbət”, “Elə xoşbəxtəm ki...” “Dostluq körpüsü”, “Mingəçevir şeirləri” və digər 8 kitabı çap olunub. O, eyni zamanda Puşkin, Nekrasov və s. ədiblərin əsərlərini dilimizə çevirib.

Çıxış edənlər vurğulayıblar ki, Ənvər Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat qəzetinin" redaktoru, 1952-ci ildən ömrünün axırınadək isə Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində çalışıb.

Bildirilib ki, Ənvər Əlibəylinin şeir və poemaları rus dilinə, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilib. “Bəxtiyar”, “Qara daşlar”, “Qızmar günəş altında” və digər filmlərdə səslənən mahnı mətnləri isə ona əbədiyaşarlıq qazandırıb. O, təbiət etibarilə lirik şair olub və ömrünün sonunadək bu yaradıcılıq amalına sadiq qalıb. Ona görə də onun əsərləri zərif, hay-küydən və gurultudan uzaq olub.

Vətənində azadlığın, haqq-ədalətin qələbə çalmasını istəyən şairin əsərləri bu gün üçün də aktualdır. Səngərlərimizdə gecə-gündüz ayıq olan əsgərlərimiz üçün yazıb elə bil bu misraları:

Mən yaşamaq istəyirəm igid kimi, ər kimi,

Mən ölmək istəyirəm səngərdə əsgər kimi.

Şairin qızı, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli onun çox mehriban, qayğıkeş, səmimi, diqqətçil ailə başçısı, həyat yoldaşı və ata olduğunu söyləyib. Atasının baharda dünyaya gəldiyini, özünün də bahar kimi coşub-çağladığını bildirib.

İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedən və orada dörd il vuruşduqdan sonra çiynindən ağır yaralanan atasının sinəsini Bakıya dönərkən “Qırmızı Ulduz”, ikinci dərəcəli “Vətən Müharibəsi” ordenləri bəzədiyini bildirib. Onun qələbə xəbərini Mərdəkandakı hospitalda müalicə olunarkən aldığını söyləyib. Vətənini, xalqını ürəkdən sevən şairin gələcəyə, gənclərə böyük ümid bəslədiyini vurğulayıb.

Tədbirdə 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında şairin şeirlərindən ibarət kompozisiya təqdim olunub.

Şairin qızı Şəlalə Əlibəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış olub və şairin sözlərinə yazılmış mahnılarından ibarət disk kitabxanaya hədiyyə edilib.

Gənclik və gözəllik şairi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub