Belarus təyyarəçiləri Su-25 hücum təyyarəsini dünyada ilk dəfə gecə vaxtı trasa endiriblər VİDEO
Minsk, 19 may, AZƏRTAC
Belarus təyyarəçiləri Su-25 hücum təyyarəsini dünyada ilk dəfə gecə vaxtı trasa endiriblər.
AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Belarusun müdafiə naziri Andrey Ravkov məlumat verib.
A.Ravkov deyib: “Biz Su-25 hücum təyyarəsini postsovet məkanında ilk dəfə, bəlkə də dünyada ilk dəfə gecə şəraitində yolun aerodromundakı hissəsinə endirmişik”.
Nazirin sözlərinə görə, uçuş heyəti təlim-döyüş vəzifələrini inamla yerinə yetirir, texnika da özünü yaxşı cəhətdən göstərir. Andey Ravkov təyyarəçiləri yüksək qiymətləndirərək deyib: “Aviasiyanın inkişafı, onun tətbiqi şəraiti təyyarəçiləri riskə getməyə və ən mürəkkəb əməliyyatları yerinə yetirməyə məcbur edir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk