Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 3-də əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, boksçu bir neçə gün əvvəl nəfəs çatışmazlığı problemi ilə əlaqədar Arizonadakı xəstəxanalardan birinə yerləşdirilmişdi. Otuz ilə yaxın idi ki, o, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, əsl adı Kassius Kley olan idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını özünə götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]