“Avro-2016”: Marseldə azarkeşlər arasında əlbəyaxa dava olub VİDEO
Paris, 10 iyun, AZƏRTAC
“Avro-2016”nın başlaması ərəfəsində Marseldə ingilis və fransız azarkeşlər arasında əlbəyaxa dava olub. Polisin müdaxiləsindən sonra 200 azarkeş arasındakı davaya son qoyulub. “Irish Pub O'Malley” də bir-birinə stul və stollar atan azarkeşləri sakitləşdirmək üçün polis gözyaşardıcı qazdan istifadə edib.
İyunun 11-də saat 21-də Marseldəki “Velodrome” stadionunda gərgin keçəcəyi ehtimal olunan İngiltərə-Rusiya yarışını izləmək üçün ingilis azarkeşlər bir neçə gün əvvəldən Marselə gəliblər.
Fransada Avropa Kuboku yarışlarını 300 mindən 500 minə qədər ingilis azarkeşin izləməsi gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [14:42]
Antalyada Roma dövrünə aid mozaika aşkar edilib
- 18.06.2026 [14:42]
Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir
- 18.06.2026 [14:40]
Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir
- 18.06.2026 [14:35]
Ermənistanın KTMT-dəki səsvermə hüququ ləğv edilə bilər
- 18.06.2026 [14:25]
Mediada İran Prezidentinin imzalanmış memorandumla birgə fotosu yayımlanıb
- 18.06.2026 [14:16]