Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

96 saylı Goranboy – Naftalan seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 169-cu maddələrinə uyğun olaraq qərara alır :

1. 96 saylı Goranboy - Naftalan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Həziquliyev Siyavuş Sevindik oğlunun səlahiyyətlərinə 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yekunları müəyyən edilənədək müvəqqəti xitam verilsin.

2. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yekunları müəyyən edilənədək Nəbiyev Taqlıb Sədi oğlu müvəqqəti olaraq 96 saylı Goranboy - Naftalan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin