Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN HƏRBİ QULLUQÇULARINA ALİ HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

GENERAL-LEYTENANT HƏRBİ RÜTBƏSİ:

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-mayor Elçin İsaağa oğlu Quliyevə

GENERAL-MAYOR HƏRBİ RÜTBƏSİ:

- Azərbaycan Respublikası Prezidentinin köməkçisi polkovnik Vahid Əli oğlu Əliyevə

- Azərbaycan Respublikası daxili işlər nazirinin müavini –Daxili Qoşunların komandanı polkovnik Zakir Əsgər oğlu Həsənova

- Azərbaycan Respublikası Müdafiə nazirinin müavini polkovnik Çingiz Mustafa oğlu Məmmədova

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri – polkovnik Nizam Ramazan oğlu Osmanova

- Azərbaycan Ali Hərbi Məktəbinin rəisi polkovnik Heydər Kamal oğlu Piriyevə

- Cəmşid Naxçıvanski adına hərbi litseyin rəisi 1-ci dərəcəli kapitan Mirzə Yarəhməd oğlu Almasova

- Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialının rəisi polkovnik Rasim Məmmədəli oğlu Əliyevə

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin