DÜNYA
ABŞ-da meşə yanğınları ilə əlaqədar 82 min insan təxliyə edilib VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Meşə və Yanğından Mühafizə Dairəsinin nümayəndələri San Bernardino şəhəri yaxınlığında başlayan və bir neçə saat ərzində azı 20 kvadrat kilometr əraziyə yayılan yanğın səbəbi ilə fövqəladə vəziyyət elan edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın bölgədə çox sayda evi məhv edib. Təxminən 34 min ev isə təhlükə altındadır. Bu səbəbdən 82 min nəfər təxliyə olunub. Kaliforniya ştatının cənubunu Las Veqas şəhərini bağlayan magistral yol bağlanıb. Alovla mübarizəyə cəlb olunan bir çox yanğınsöndürənin xəsarətlər aldığı bildirilir.
Xatırladaq ki, bu regionda yay aylarında baş verən quraqlıq tez-tez yanğınlarla müşayiət olunur. Bu il Kaliforniyanın bəzi bölgələrində 4 mindən çox meşə yanğını qeydə alınıb.