REGİONLAR
Fövqəladə hallar naziri Şəkidə bölgə vətəndaşlarını qəbul edib VİDEO
Şəki, 25 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 25-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəki şəhərində Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 146, digər məsələlərlə bağlı müraciət etmiş 87 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.