DÜNYA
Qırğızıstan hökuməti: Çin səfirliyi qarşısında baş verən partlayış terror aktıdır VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Qırğızıstan hökuməti Bişkekdə yerləşən Çin səfirliyinin qarşısında baş verən partlayışı terror aktı sayır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Qırğızıstanın Baş Qərargah, Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbərləri avqustun 30-da hadisə ilə əlaqədar təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Xatırladaq ki, Çinin Bişkek şəhərindəki səfirliyinin binasına partlayıcı yüklənmiş avtomobillə hücum edilib. Hadisə yerində terrorçu-kamikadzenin cəsədi aşkarlanıb. Partlayış nəticəsində mühafizə xidmətinin üç əməkdaşı yaralanıb. Onların Qırğızıstan vətəndaşları olduqları, Çin diplomatlarından isə heç kimin xəsarət almadığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]