“Mettyu” qasırğası azı 25 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
“Mettyu” qasırğası azı 25 nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi Reuters-ə istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, Haitidə 19, Dominikan Respublikası, Kolumbiya və Sen-Vinsentdə 4, iki nəfər isə Qrenadinada həlak olub.
Hazırda “Mettyu” qasırğası Karib dənizi hövzəsindən Baham adalarına doğru hərəkət edir və ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarına da təhlükə yaradır. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Haiti və Yamaykaya ilkin 400 min dollar yardım edildiyini bildirib.