İQTİSADİYYAT
ABB-MOSKVA VİZA SİSTEMİNDƏN OLAN KARTLAR BURAXMAĞA BAŞLAMIŞDIR
Hazırda ABB-Moskva müştəriləri üçün rubl və ABŞ dolları ilə beynəlxalq VİZA ödəmə sisteminin müxtəlif növ kartlarını (Gold, Classic, Electron) buraxır.
Bank kartlar üzrə nağd pul ödənməsinə dair əməliyyatları aparmaqdan ötrü Moskvadakı ofislərində VİZA kartlarını qəbul edən 4 bankomat quraşdırmışdır. Lakin bu kartlar dünyanın bütün banklarında qəbul edilir.
ABB-Moskva şəbəkənin inkişafı və genişləndirilməsi strategiyasını inamla həyata keçirməyə başlamış, korporativ müştərilərlə bağlanmış sazişlər çərçivəsində müəssisənin əməkdaşları üçün beynəlxalq plastik kartlar buraxmışdır. İndi əməkdaşların əmək haqqı həmin kartlara köçürülür. Şəxsi prosessinq şirkətinin olması banka qabaqcıl texnologiyalar əsasında bank məhsulları yaratmaqla kart sahibləri üçün xidmətlər siyahısını genişləndirməyə imkan verir. Bank 2006-cı ildə beynəlxalq kartlara xidmət göstərən bankomatların sayını artırmaq, habelə malların, işlərin (xidmətlərin) haqqının ödənilməsi üzrə kartları qəbul edən təşkilatlarla sazişlər bağlamağa başlamışdır.
Bununla yanaşı, bank xidmətlərini spektrini genişləndirmək məqsədi ilə bank müştərilərə Mastercard İnternational beynəlxalq ödəmə sistemli kartlar üzrə xidmətlər, bankın hər tip kartlarının kreditləşdirilməsinin digər növlərini təklif edəcəkdir. Cari ilin əvvəllərində kart sahiblərinə SMS-məlumatların göndərilməsi üzrə yeni xidmət növü təklif edilmişdir. Bu, müştərilərə hesabın vəziyyəti və kart üzrə bütün məxaric əməliyyatları barədə operativ məlumat almağa imkan verəcəkdir.