İQTİSADİYYAT
ABŞ-IN SƏKKİZ ŞTATINDA ENERJİNİN KƏSİLMƏSİ NƏTİCƏSİNDƏ ÖLKƏYƏ 6 MİLYARD DOLLAR ZİYAN DƏYMİŞDİR
AZƏRTAC-ın Vaşinqtondakı xüsusi müxbiri ABŞ-ın “Brəttl qrup” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, bu yaxınlarda ABŞ-ın səkkiz şimal-şərq ştatında elektrik enerjisinin geniş miqyasda kəsilməsi nəticəsində ölkəyə azı 6 milyard dollar məbləğində maliyyə ziyanı dəymişdir.
İkigünlük enerji böhranından ən çox Nyu-York zərər çəkmişdir. İlkin hesablamalara görə, şəhər iqtisadiyyatının, ticarət müəssisələrinin, nəqliyyat strukturlarının, turizm biznesinin məruz qaldığı maliyyə itkiləri bir milyon dollardan artıq olmuşdur. Təkcə restoranların zərəri 75 milyondan 100 milyon dollaradəkdir, soyuducuların işləməməsi nəticəsində yararsız hala düşən ərzaq məhsullarının ümumi dəyəri isə 250 milyon dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
- 07.05.2024 [12:45]