ELM VƏ TƏHSİL
ABŞ alimləri: Otaq bitkiləri havanın təmizliyinə nəzarət edə bilər
Bakı, 25 iyul, AZƏRTAC
ABŞ-ın Tennessi Universitetinin alimləri evdəki hava təmizliyinə nəzarət üçün otaq bitkilərindən istifadəni təklif ediblər. Onların fikrincə, modifikasiya edilmiş otaq bitkiləri havadakı zərərli maddələrin detektoru ola bilər.
AZƏRTAC “oane.ws” saytına istinadla xəbər verir ki, bitkilər havadakı zərərli maddələrlə təmasda olduqda rəngini və parıltısını dəyişə bilir. Bu, meduzadan əldə olunan xüsusi yaşıl floresan zülalın bitkiyə əlavə edilməsindən irəli gəlir.
Yeni yaradılan bitki növləri radon kimi təhlükəli maddələrə və havada insan sağlamlığı üçün təhlükəli olan birləşmələrə reaksiya verə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:20]
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
- 04.05.2024 [12:36]