İQTİSADİYYAT
ABŞ bankı: Neft qiymətləri gələn il 100 dollara çata bilər
Bakı, 21 iyun, AZƏRTAC
Səyahətlərlə bağlı tələbatın artması ilə neft qiymətləri gələn il 100 dollar/barelə qədər yüksələ bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “Bank of America” beynəlxalq investisiya bankı çıxış edib. Banka görə, qlobal neft istehlakı iqtisadi canlanma ilə birlikdə istehsaldan daha çox olacaq və ətraf mühitlə əlaqədar olaraq yeni hasilat investisiyaları azalacaq.
Qeyd edək ki, əgər xam neft qiymətləri yenidən üçrəqəmli olarsa, bu, 2014-cü ildən bəri ilk olacaq. 2014-cü ildəki qlobal maliyyə böhranına qədər bir barreli 100 dollar civarında olan xam neft ABŞ-da şist nefti istehsalının artmasından sonra yenidən bu səviyyələrə çata bilməmişdi.
“Brent” markalı neftin qiyməti hazırda 73 dollar səviyyəsindədir, ilin əvvəlindən indiyədək isə 42 faiz artıb. “Brent” neftinin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabrında 80 dollara yüksəlmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]