DÜNYA


ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 6 nəfər həlak olub

Bakı, 4 iyul, AZƏRTAC

ABŞ-ın İllinoys ştatında müstəqillik günü münasibətilə keçirilən paradda naməlum şəxsin açdığı atəş nəticəsində azı 6 nəfər həlak olub, 24 nəfər yaralanıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, hadisə Çikaqo şəhəri yaxınlığındakı Haylend-Parkda baş verib. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs axtarılır, sakinlərə evdə qalmaq tövsiyə olunur.

Şahidlərdən biri yerli vaxtla təxminən saat 10:20 radələrində, bayram tədbiri başlayandan 20 dəqiqə sonra 20-30 atəş səsi eşitdiyini bildirib.

The Washington Post qəzetinin məlumatına görə, yalnız Haylend-Park şəhərində deyil, qonşu şəhərlərdə də bayram tədbirləri ləğv olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.