DÜNYA


ABŞ-da yol-nəqliyyat hadisələrində ölüm halları artır

Vaşinqton, 18 avqust, AZƏRTAC

Çərşənbə günü dərc edilmiş yeni məlumatlara görə, 2022-ci ilin yanvar-mart aylarında ABŞ-da avtomobil qəzalarında ölənlərin sayı son 20 ildən hər hansı birinin ilk rübündə bu səbəbdən ölənlərin sayından çox olub.

AZƏRTAC xəbər verir ki, Yol hərəkətinin təhlükəsizliyi üzrə ABŞ Milli Administrasiyasının hesablamalarına görə, cari ilin birinci rübündə yol-nəqliyyat hadisələrində 9.560 nəfər həlak olub. Bu, 2002-ci ildən bəri analoji dövrdə yollarda ölüm halları barədə ən yüksək göstəricidir. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7 faiz artım olub. Həmin müddət 2022-ci ilin üçüncü rübündən bəri yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayı dalbadal yeddinci rüb artması ilə müşayiət olunub.

Yol hərəkətinin təhlükəsizliyi üzrə ABŞ Milli Administrasiyasının məlumatına görə, hesabat dövründə 100 milyon nəqliyyat vasitəsi üçün ölüm hallarının sayı keçən ilin yanvar-mart aylarında 1,25, 2022-ci ilin müvafiq dövründə 1, 27 olub. Qurumun administratoru Stiven Kliff deyib: “Ümumi rəqəmlər yenə artmaqdadır. Bütün ştatlar yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün səylərini ikiqat artırmalıdırlar”.

Bütün ölkədə yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayı artır, 19 ştatda və Puerto-Rikoda isə eyni müddətdə avtomobillərlə bağlı ölüm hallarının sayı azalıb.

Yol hərəkətinin təhlükəsizliyi üzrə ABŞ Milli Administrasiyası bildirir ki, yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının kəskin artması COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərin və karantin tədbirlərinin yumşaldılması ilə bağlıdır. Federal Avtomobil Yolları İdarəsinin məlumatına görə, 2022-ci ilin ilk üç ayı ərzində avtomobillərin qət etdiyi ümumi məsafə 5,9 faiz və ya 40,2 milyard mil qədər artıb.

 
AZƏRTAC –ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.