DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb
Bakı, 9 mart, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 11 ədəd azalaraq 1027 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz qazma qurğularının sayı 43 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 9 ədəd azalaraq 834 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayı 38 ədəd artıb.
Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 193 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki təbii qaz qazma qurğularının sayı 5 ədəd çoxdur.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma - 316-ya geriləyib.