DÜNYA


ABŞ-ın İraqdakı səfirliyinin yerləşdiyi əraziyə bomba atılıb

Tehran, 15 sentyabr, AZƏRTAC

İraqın paytaxtı Bağdaddakı “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinin yaxınlığına bomba atılıb.

AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, səfirliyin yaxınlığına iki bomba atılıb. Partlayışın təsirindən bəzi binalara yüngül zərər dəyib.

Hadisə yerinə gələn xüsusi xidmət orqanları araşdırma aparırlar. Hadisənin terror aktı olması istisna edilmir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Cari ildə ABŞ-ın İraqdakı səfirliyi bir neçə dəfə terror hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində səfirliyin binasına ciddi ziyan dəyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.