CƏMİYYƏT


ABŞ-ın Yuta ştatında Azərbaycana aid lövhələr quraşdırılıb

Bakı, 11 noyabr, AZƏRTAC

ABŞ-ın Yuta ştatının Solt-Leyk şəhərinin mərkəzi yollarında “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, lövhələrin quraşdırılmasının təşəbbüskarı Yuta ştatında Azərbaycan icmasının təmsilçisi Faiq Səfərlidir.

Soydaşımız bildirib ki, lövhələrdən biri Pasefik Prospekti 80 ünvanında, digər isə Solt-Leyk şəhər Polis İdarəsinin binasının yanında quraşdırılıb. O, bu ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.