DÜNYA


ABŞ-ın neft ehtiyatları artır

Bakı, 10 oktyabr, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,9 milyon barrel (0,7 faiz) artaraq 425,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,1 milyon barrel çoxalmışdı. Beləliklə ABŞ-ın neft ehtiyatları ardıcıl 4 həftədir artır.

ABŞ-ın strateji neft ehtiyatları isə 0,2 milyon barrel azalaraq 644,6 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) geriləyərək 228,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,25 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barrel geriləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.