DÜNYA
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Münbicdən çəkildi
Bakı, 15 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqini tərk edir və artıq Münbic şəhərindən çəkilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat koalisiya qüvvələrinin qərargahı tərəfindən yayılıb.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalının terrorçulardan təmizlənməsi və sərhəd boyu bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.
Elə həmin gün Türkiyə aviasiyası terrorçuların mövqelərinə zərbələr endirib və bunun ardınca quru qoşunları yerüstü əməliyyatlara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]