ELM VƏ TƏHSİL


ADMİU-nun rektoru Erasmus+ layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda iştirak edir

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və elm və yaradıcılıq işləri üzrə prorektor dosent Sədaqət Əliyeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak edirlər.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, Rektorlar Konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya İnstitutu ev sahibliyi edir.

Mayın 20-dək davam edəcək tədbirə təhsil nazirinin müşaviri Nicat Məmmədli, ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıblar.

Bakı Biznes Universitetinin koordinatoru, ADMİU-nun tərəfdaşı olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunan tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.

Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.