ELM VƏ TƏHSİL


ADNSU-da tələbələr “Bir” Tələbə-Könüllü Proqramı barədə məlumatlandırılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kurs tələbələrinin iştirakı ilə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının məqsədi və əhəmiyyətindən danışıb, tələbələri layihədə fəal iştirak etməyə çağırıb.

Sonra “Bir” Tələbə-Könüllü Proqramı haqqında və proqram çərçivəsində altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında videoçarx nümayiş olunub. Layihə barədə tələbələrə geniş məlumat verilib, proqramın tələbələr üçün yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə geniş imkanlar yaratdığı qeyd edilib.

Sonda tələbələr üçün viktorina keçirilib.

Xatırladaq ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, onlarla işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.