ELM VƏ TƏHSİL
ADNSU-nun tələbəsi “Excel” proqramı üzrə kursda iştirak hüququ qazanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən master-klassda İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbəsi Əsmər Feyzullayeva “Excel” proqramı üzrə 50 faiz endirimlə kurs qazanıb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Qeyd edilib ki, “Kompüter proqramlarını öyrənərkən itirdiklərimiz” mövzusunda təşkil olunan tədbirdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova tələbələrə mərkəzin yeni layihələri haqqında məlumat verib.
Mərkəzin ofis proqramları üzrə təlimçisi, proqramçı Tural Daşdəmirov “Excel” proqramının iş mexanizmindəki vacibliyindən danışıb.