İDMAN
AFFA UEFA-nın “A” kateqoriyalı məşqçi kurslarını elan edir
Bakı, 20 sentyabr, AZƏRTAC
Oktyabrın 12-dən Bakıda AFFA tərəfindən UEFA-nın “A” kateqoriyalı məşqçi kursu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kurs dörd mərhələdə - oktyabrın 16-dək (birinci mərhələ), oktyabrın 31-dən noyabrın 4-dək (ikinci mərhələ), noyabrın 14-dən 18-dək (üçüncü mərhələ) və noyabrın 28-dən dekabrın 10-dək (dördüncü mərhələ) olacaq.
Kursda iştirak etmək istəyənlər ərizə, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, iki ədəd şəkil (3x4) və “B” Lisenziya və diplomun surətini təqdim etməlidir.
Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]